Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Düşmənin təxribat qrupunun üzvü sərrast atəşlə məhv edilib – VİDEO

Avqust 09
16:28 2017

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Selefxeber.az-ın məlumatına görə, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

🎬

Digər xəbərlər