Düşmənlər Laçında yeni kənd salır – FOTO
758 dəfə baxılıb
Azərbaycanın işğal altındakı Laçın rayonunda Ariavan adlanacaq yeni kəndin tikintisi sürətlə davam edir.
“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd ermənicə Ariavan adlanacaq və 50 evdən ibarət olacaq. Hazırda evlərdən 26-sı istifadəyə verilsə də, 24-nün tikintisi ilin sonuna qədər başa çatdırılacaq.
Paralel olaraq Ariavan kəndinə yeni yollar salınır və kanalizasiya, su xətləri çəkilir.
Ariavan kəndinin yaradılması fikri Livan ermənilərinə məxsusdur. Məhz onların yaratdığı “Ari” fondu Zabux kəndinin xarabalıqları üzərində salınan kəndin maliyyə xərclərini öz üzərinə götürüb.
Gələcəkdə evlərin sayı 150-ə çatdırılacaq və onlardan bir hissə Qarabağa köçən ermənilərə, qalanı isə satışa çıxarılacaq.
Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi Ermənistanın Gorus rayonu ilə həmsərhəd ərazidə yerləşir.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)
Uca Allahdan düşmən tapdağında olan torpaqlarımızın geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!