Əfqanıstan prezidenti Azərbaycana gəlib
Dekabr 22
15:16
2015
639 dəfə baxılıb
Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub.
Dekabrın 22-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.
“Sələf Xəbər” President.az-a istinadən bildirir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb. Əlaqələrimizin möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!