Əfqanıstanın sabiq prezidenti Azərbaycana gəlir
622 dəfə baxılıb
Əfqanıstanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Həmid Kərzai Azərbaycana gələcək.
“Sələf Xəbər”in AZƏRTAC-a istinadən məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, səfərin məqsədi aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. “Yeni dünya düzənində etimadın bərpa olunması mövzusuna həsr edilən Forumun ilk günündə Həmid Kərzainin çıxışı planlaşdırılır.
Xatırladaq ki, III Qlobal Açıq Cəmiyyətlər Forumunda 40-dan çox ölkə sabiq və indiki prezident, Baş nazir və Xarici İşlər naziri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə 75 ölkədən 350-dək nümayəndənin iştirakı gözlənilir.
Forum çərçivəsində yeni dünya nizamının başlıca problemləri, Avropa İttifaqı və qonşuluq, enerji təhlükəsizliyi, etimadın qurulmasında dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiyanın əhəmiyyəti kimi mövzular barədə müzakirələr aparılacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)