Əhməd Davudoğlu: “Azərbaycanla birlikdə çox parlaq bir gələcəyə gedirik”
903 dəfə baxılıb
APA-nın Türkiyənin rəsmi “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya rəsmi səfərindən əvvəl Ankara Hava Limanında verdiyi açıqlamada bildirib ki, Türkiyə ilə Azərbaycan arasında “Bir millət, iki dövlət” şüarının artıq kök salmış bir ənənədir. O, ilk səfərlərindən birinin Bakıya etdiyini əlavə edib.
Davudoğlu, rəsmi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşəcəyini qeyd edib. Görüşlərdə Türkiyə-Azərbaycan siyasi, iqtisadi və mədəni münasibətlərinin detallı müzakirə olunacaq. Davudoğlu səfərinin ikitərəfli münasibətlər, regional sahədə aparılan işlər, beynəlxalq sahədəki yaxın əməkdaşlıq və iki ölkə arasındakı dost və qardaş münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.
“Bölgəmizdə, yaxın bölgələrdə çox mühüm siyasi hadisələr baş verir. Bunları müzakirə edəcəyik” deyən Davudoğlu, iki ölkənin çox böyük layihələrin birgə həyata keçirməsinə diqqəti çəkib.
“Birlikdə çox parlaq bir gələcəyə gedirik. Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan layihələri, nəqliyyat və enerji sahəsində bütün Avrasiyada böyük dəyişikliklərə səbəb olan işlərdir. Bunlar Bakıdan, Xəzər sahilindən başlayaraq, Türkiyə ərazisindən keçən və dünyaya açılan layihələrdir. Bunun son böyük nailiyyətlərindən biri də TANAP-dır. TANAP gündəmə gəldiyi andan Avrasiyanın enerji siyasətində çox ciddi dəyişikliklər olub”, deyə Davudoğlu qeyd edib.
Türkiyənin baş naziri rəsmi səfərinin ardınca, sentyabrın 20-də TANAP borusunun Azərbaycan hissəsinin təməlqoyma mərasiminin keçiriləcəyini bildirib: “Türkiyə ilə Azərbaycan arasında 20 il əvvəl, 90-cı illərin əvvəllərindən başlayaraq qurulan böyük dostluq əlaqəsinin nəticələrini görürük”.
Həyata keçirilən böyük layihələrə toxunan Davudoğlu Türkiyə ilə Azərbaycanın uzaqgörən liderliyini əks etdirən mövqelərinin örnək təşkil etdiyini deyib.
“Möminlər, həqiqətən də qardaşdırlar.”
Qurani Kərim, “Hucurat” surəsi, 10-cu ayə