Ekoloqlar talassemiyalı uşaqlara qan verdi
Avqust 02
16:35
2014
854 dəfə baxılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, avqustun 1-də nazirliyin kollektivi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara könüllü qan verib.
Məlumatda bildirilir ki, “Savab Dünyası” Talassemiya Cəmiyyətinin keçirdiyi aksiyada ETSN-in 300-dən çox əməkdaşı iştirak edib.
“Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar.”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 184-cü ayə)