Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Əli Həsənov: “Biz çalışırıq ki, Rusiya ilə Türkiyə barışsın”

Mart 21
17:06 2016

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çox böyük nümunəvi bir addım idi”.

“Sələf Xəbər” Anspress.com-a istinadən məlumat verir ki, bu fikri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

“Son zamanlar bəzi böyük dövlətlər Türkiyədə səfirliklərini bağlamaq barədə bəyanatlar verirlər, vətəndaşlarını Türkiyədən geri çağırırlar. Bilirsiz ki, canlı bombanın istifadə edildiyi məqamlarda ölkə çox təhlükəsiz olur” söyləyən Əli Həsənovun sözlərinə görə, belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri böyük cəsarət tələb edirdi: “Buna görə də son bir həftədir ki, cənab prezidentin Türkiyəyə səfəri demək olar ki, türk mediasının gündəmindən düşmür”.

Əli Həsənov, həmçinin Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı Rusiyanın münasibətlərindən danışıb: “Biz çalışırıq ki, Rusiya ilə Türkiyə barışsın. Biz çalışırıq ki, bu iki ölkə arasında müəyyən qədər də kənardan yaradılan münasibətlər aradan qıldırılsın. Biz çalışırıq ki, hər iki dövlət ortaq maraqları tapıb, keçmişə deyil, gələcəyə münasibətlərini qursun”.

Söhbət zamanı Azərbaycan – İran münasbitlərinə, həmçinin Azərbaycanın daxilində gedən proseslərə də toxunulub.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik…” (Qurani-Kərim, “əl-Bəqərə”, 143-cü ayə)

Digər xəbərlər