Əli Həsənov: “Cəbhə bölgəsində gərginlik davam edəcək”
May 04
18:08
2016
719 dəfə baxılıb
“Biz istəsək də, istəməsək də”.
“Nə qədər ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmayıb, işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik biz istəsək də, istəməsək də davam edəcək”.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib:
“Sadəcə, Ermənistan tərəfi danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktivliyi cəbhə bölgəsində, xüsusən də dinc əhaliyə qarşı son zamanlar yaşanan proseslərdə də göstərdi. Təmas xəttində də bu mövqeyini nümayiş etdirdi”.
Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi tezliklə qaytarmaqda bizə yardımçı olsun… Amin!