Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Əli Həsənov: Müsəlman ölkələrindəki jurnalistlər düzgün informasiya yaymaqla İslam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər

Dekabr 03
17:56 2014

“Düşünürəm ki, müsəlman ölkələrində jurnalistlər birləşə və ortaq mövqe nümayiş etdirə bilərlər”.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Tehranda İrna xəbər agentliyinin müxbirinə açıqlamasında deyib.

Tehranda keçirilən İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclasında iştirak edən Ə.Həsənov iclasda müsəlman ölkələrinin bu məsələdə ortaq məxrəcə gələcəklərinə ümidini ifadə edib: “Müsəlman ölkələrindəki jurnalistlər düzgün, obyektiv informasiya yaymaqla İslam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər. Müasir dövrdə informasiyanın doğru-dürüst çatdırılması əsas amildir”.

PA rəsmisi bildirib ki, Qərb mediası bu gün müsəlmanları bir sıra hallarda terrorçu kimi təqdim edir: “Bunun nümunəsini Suriya, Misir və İraqda görürük. İnsanlara həqiqətləri çatdırmaq lazımdır. Ümid edirəm ki, bu iclas İslam dünyası KİV-ləri arasında həmrəyliyin göclənməsinə və onların vahid koordinasiya mərkəzinin yaradılmasına yardımçı olacaq”.

Qeyd edək ki, İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclası dekabrın 3-4-də Tehranın Azadi hotelində keçirilir. “İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-in yaxınlaşması” şüarı ilə keçirilən iclasda 57 müsəlman ölkəsinin nümayəndəsi iştirak edir.

“Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər