Əlillərin cəmiyyətə inteqrasiya imkanları genişləndiriləcək
1. 054 dəfə baxılıb
“Sələf Xəbər” Bakupost-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Litva Respublikasında səfərdə edib.
Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi ilə bağlı olan səfər zamanı tibbi-sosial reabilitasiya sistemi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb.
Səfər çərçivəsində keçirilən görüşlərdə müvafiq qanunvericilik bazalarının təkmilləşdirilməsi, yeni reabilitasiya xidməti növlərinin tətbiqi yolu ilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, habelə onların əmək bazarına çıxışının səmərəli dəstəklənməsi sahəsində mövcud hüquqi baza və iş təcrübələri barədə qarşılıqlı məlumatlar verilib.
Vilnüs və Kaunas şəhərlərinin reabilitasiya mərkəzlərinin iş prosesi, reabilitasiya metodları ilə tanışlıq olub, praktiki təcrübə mübadiləsi aparılıb.
Qeyd olunan tvinninq layihəsi Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsində Fransa, Almaniya və Litva ilə əməkdaşlığı və təcrübə mübadilələrinin aparılmasını nəzərdə tutur.