Elmar Məmmədyarov Qətərə gedəcək
648 dəfə baxılıb
Azərbaycan Xarici İşlər nazirinin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyətinin 21-23 may tarixlərində Dohaya səfər edəcəyi gözlənilir. Məqsəd “Sabitlik və çiçəklənmə hamı üçün” adlı 16-cı Doha Qlobal Forumunda iştirak etməkdir.
“Sələf Xəbər” Virtualaz.org-a istinadən məlumat verir ki, bunu Qətərin Azərbaycandakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə bildirib.
E.Məmmədyarov mayın 22-də “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı birinci plenar sessiyada çıxış edəcək.
Artıq BMT baş katibi Pan Gi Munun da forumda iştirak edəcəyi təsdiqlənib.
Qeyd edək ki, 16-cı Qlobal Doha Forumunda beynəlxalq, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdəki vəziyyət, qlobal iqtisadiyyat, inkişafda olan ölkələrdə vətəndaş cəmiyyətinin inkişafı və davamlı inkişaf kimi məsələlərin müzakirəsi planlaşdırılır.
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!