Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ən çox əsgəri olan ölkələr siyahısında Azərbaycan da yer alıb

Mart 06
18:51 2015

Ən çox əsgəri olan ölkələrin adları açıqlanıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, adı açıqlanan ölkələrdən bəzilərinin ordusu, hətta, ümumi əhalinin sayının yarısı qədərdir.

Əsgərlərinin sayına görə önə çıxan ölkələr arasında Əfqanıstan 200 minlik əsgər sayı ilə diqqət çəkir. Bu ölkə dünya üzrə əsgərlərinin sayına görə, 52-ci yerdədir. 451 min 425 əsgəri olan Almaniya isə dünya ölkələri arasında 29-cu pillədə qərarlaşıb.

ABŞ isə 3 milyon 49 min 790 canlı qüvvəsi ilə özünə 7-ci pillədə yer tapıb. Ən çox əsgərləri olan ölkələr arasında Azərbaycan da var. Belə ki, ölkəmizin ümumilikdə 381 min 940 əsgəri var və bu nəticə ilə Azərbaycan dünya üzrə 35-ci sırada qərarlaşıb.

Braziliyanın isə 1 milyon 667 min canlı qüvvəsi var. Bu ölkə əsgər sayına görə, siyahıda 9-cu pillədədir. Tayvanda yerləşdirilən Çin hərbi birləşmələrində isə 1 milyon 964 min əsgər var. Bu göstərici ilə ölkə 8-ci pillədə yer alıb. Çin Xalq Respublikası isə 4 milyon 500 minlik canlı qüvvəsilə 5-ci sıradadır.

Ermənistan isə sıyahıda Azərbaycandan 10 pillə geridə, 45-ci sırada yer tapıb. Bu ölkədə cəmi 260 min hərbiyə yararlı canlı qüvvə var.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah-Təala əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər