Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğan Azərbaycana gələcək

Aprel 18
16:51 2016

Aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər