Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğan: “Qarabağ yenidən öz sahibinə qovuşacaq”

Aprel 05
18:31 2016

Türkiyə prezidenti Ankaranın bu məsələ ilə bağlı mövqeyini bir daha səsləndirib.
“Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olub və olacaq”.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Qızıl Aypara Cəmiyyətinin (TQAC) yığıncağında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı və orada törədilən cinayətlərin ağrıları Türkiyə xalqının ağrılarıdır.
Türkiyə prezidenti çıxışı zamanı 1992-ci ildə Dağlıq Qarabağın işğalı dövründə şair Əbdürrəhman Karakoçun sözlərini sitat gətirib. O bildirib ki, Karakoç Azərbaycanın kədərli itkiləri ilə bağlı Türkiyə xalqının keçirdiyi hissləri sətirlərə köçürüb:
“Hər həlak olan Azərbaycan əsgəri ilə biz ürəyimizin bir qismini itiririk”.
Türkiyə prezidenti qeyd edib ki, şər əbədi mövcud ola bilməz:
“Qarabağ yenidən öz sahibinə qovuşacaq, Azərbaycanın olacaq, mən buna inanıram. Bir gün bizim Qarabağdan olan, 25 ilə yaxındır öz vətənindən uzaq düşən qardaşlarımız, öz doğma diyarlarına, evlərinə qayıdacaqlar. Mən buna bütün qəlbimlə inanıram. Bir daha bizim dost və qardaş Azərbaycana dəstəyimizi bildirmək istəyirəm, insanların həyatlarını itirməsi ilə bağlı başsağlığı verirəm”.

Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Digər xəbərlər