Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğan və Nazarbayev Azərbaycan prezidentinə başsağlığı veriblər

Dekabr 07
16:05 2015

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti “Günəşli” yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına, mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də “Günəşli” yatağında baş vermiş yanğın zamanı insan itkisi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu unvanlayıb.

Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində çoxsaylı insanın zərər çəkməsi xəbərindən kədərləndiyini qeyd edən N. Nazarbayev qazax xalqı adından və öz adından başsağlığını çatdırıb, yaralılara şəfa diləyib.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)

Digər xəbərlər