Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ərdoğanın ölkəmizə gələcəyi tarix bəlli oldu

Fevral 15
17:55 2016

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana fevralın 18-də səfər edəcək.

“Sələf Xəbər” Ölkə.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat mərkəzi məlumat yayıb.

Səfər zamanı Gəncədə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

İclas çərçivəsində ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif aspektlərinin inkişafı nəzərdən keçiriləcək.

Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsi, regionda və dünyada baş verən hadisələrin gedişatı müzakirə olunacaq.

Eyni zamanda, iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər