Ərəb mediası Azərbaycanın erməni helikopterini vurmasından yazdı
895 dəfə baxılıb
Dünyanın nüfuzlu ərəb media orqanları Azərbaycanın Qarabağ ərazisində erməni helikopterini vurmasından yazıb.
“Sələf Xəbər” Avopa.info-ya istinadən xəbər verir ki, ərəb mətbuatı da Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu xatırladaraq Azərbaycan tərəfini hərbi helikopteri vurmasında haqlı sayıb.
Ərəb mətbuatının “Sky News Arabic”, “əl-Yavm”, “əl-Əhd”, “ən-Nəhər”, “əl-Əxbər”, və “əl-Məşəhir” kimi saytlarında helikopterin vurulması geniş təfərrüatları ilə işıqlandırılıb.
Əksər ərəb mediasında helikopterin vurluması ilə bağlı hadisə sırf informasiya xarakterli yayılsa da, Qarabağın Azərbaycana aid olması və ermənilər tərəfindən işğala məruz qalması xüsusi vurğulanıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə).
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur. Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin, dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).