Erməni avtomobillə 4 azərbaycanlını vurub
792 dəfə baxılıb
Gürcüstanda Ermənistan vətəndaşı avtomobillə 4 azərbaycanlını vurub.
Gürcüstanın Ermənistanla sərhədində yerləşən, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Sadaxlı kəndi ilə həmsərhəd olan Ermənistanın Baqrataşen kəndinin sakini Narek Yesoyan idarə etdiyi “Mercedes-E Class” markalı avtomobillə 4 azərbaycanlını vurub. Daha sonra onun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Sadaxlı kənd sakini Emil İlyasovun BMW markalı maşınına çırpılıb, BMW isə digər maşınla toqquşub.
Hadisə yerinə polis və ekspertlər, təcili yardım maşını gəlib.
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Sadaxlı sakinləri Murtuzəli Qurbanov, Ruslan Fətəlov, Ramin Fətəlov və Elmar Mahmudov Marneuli xəstəxanaya yerləşdiriliblər.
Sadaxlı sakinlərinin APA-ya bildirdiklərinə görə, N. Yesoyan Baqrataşen kənd orta məktəbinin direktorunun oğlu, həmin məktəbin müəllimidir. Sakinlərin sözlərinə görə, o, avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.
Hadisəni törədən N. Yesoyan artıq polis tərəfindən saxlanılıb, araşdırma aparılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)