Erməni təxribatı – 8 Suriya ermənisi Qarabağda yerləşdirilib
656 dəfə baxılıb
Suriyadan qaçan ermənilərin Azərbaycan torpaqlarında qanunsuz yerləşdirilməsi davam edir.
Xəbər verildiyi kimi, düşmən ölkəyə Suriyadan qaçan ermənilər bir qayda olaraq Dağlıq Qarabağda, xüsusən ətraf rayonlarda yerləşdirilir.
“Sələf Xəbər” AzVision.az-a istinadən bildirir ki, Suriyanın Kobani şəhərindən İŞİD terror xəvaric qruplaşmasının hücumlarından qaçan daha iki erməni ailəsi Qarabağda yerləşdirilib.
Məlumata görə, əvvəlcə 3 erməni ailəsi Türkiyəyə qaçıb. Sonra ailələrdən ikisi,Tovmasian qardaşlarının ailələri Ermənistana getmək istədiklərini bildiriblər.
Onları İrəvanın Zvartnots hava limanında uzaq qohumları, media nümayəndələri və Erməni Diasporası Nazirliyinin əməkdaşları qarşılayıb.
Ermənistanın Diaspora Nazirliyinin apart rəhbəri Firdus Zakaryan mətbuata verdiyi müsahibədə deyib ki, sözügedən səkkiz qaçqın hələlik müvəqqəti yaşayış yeri ilə təmin olunub. 2 həftə ərzində onlara Ermənistan Missiyası qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycanın işğal olunmuş Qarabağ və ya ətraf rayonların birində ev verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ermənilərin köçürmə kampaniyası ilə bağlı hökumətin işçi qrupu yaradılıb, qrup Suriyadan qaçan ermənilərin yerləşdirilməsi, vətəndaşlıqla təmin edilməsi və onlara iş imkanı yaradılması ilə bağlı məsələləri həll edir.
Suriyada 60 minə qədər erməni yaşayır və onlardan 3 mini artıq Ermənistana qaçıb.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)