Erməni vəhşiliyinin sübutu: 2 yaşlı Zəhranın nəşinin FOTOSU (18+)
1. 117 dəfə baxılıb
Selefxeber.az xəbər verir ki, “Virtualaz.org”un redaksiyası erməni varvarları tərəfindən öldürülmüş Quliyeva Zəhra Elnur qızının şəkilini dərc edib.
Onun heç iki yaşı da tamam olmamışdı. Zöhrə 2016-cı il təvəllüdlüdür.
Şəkillər Fizuli Rayon məhkəmə-tibbi ekspertiza müəssisəsindən təqdim edilib.
Baxın, görün Serj Sarkisyanın faşist xuntası nələr edir!
Sələf Xəbər: Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Peyğəmbər cənnətdədir, şəhid cənnətdədir və uşaq da cənnətdədir!” (Əhməd 4/172).
Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).