Ermənilər Ağdamdan qaçır
1. 365 dəfə baxılıb
ANS PRESS-in El TV-yə istinadən məlumatına görə, Azərbaycan torpaqlarında yaşayan ermənilər artıq köçürlər.
Ermənilər arasında təşviş yaranıb. 20 ildən artıqdır düşmənlə üz-üzə yaşayan Ağdam rayonunun Orta Qərvənd kəndinin sakinləri deyirlər ki, son günlər cəbhə xətti boyunca fəallaşan ermənilərə Azərbaycan Ordusunun cavabı gecikmir.
Sakinlər bildirirlər ki, vaxtilə kəndi tərk edən vətəndaşlar da artıq ordumuzun gücünə arxalanaraq geri dönürlər.
Ordumuzun düşmənə tutarlı cavablar verməsi və əsgərlərimizdə döyüş əhval ruhiyyəsinin yüksək olması isə ermənilər arasında qorxu yaradıb.
Sakinlərin dediklərinə görə, bir neçə gündür işğal altındakı Azərbaycan torpaqlarında yaşayan ermənilərin bu ərazilərdəki təsərrüfatları köçürdükləri də müşahidə olunur.
Sələf Xəbər: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 200-cü ayə).
“Uca Allah əmr edir ki, insan səbrlə sərhədlərdə xidmət etsin. Səbr dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə
düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənin məkrli niyyətinin qarşısını almaq nəzərdə tutulur.Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər. Eləcədə dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar. Bu ayədən aydın olur ki, insan səbirli olmasa, uğur əldə edə və düşmənlərdən qoruna bilməz. Ancaq bu vəzifələri yerinə yetirənlər uğur qazanarlar. Əgər kimsə onları tam və ya qismən icra etməzsə, o, hökmən uğurdan məhrum olar. Bizə isə, təkcə Allah kömək edə bilər, çünki Ondan güclü və qüdrətli kimsə yoxdur!” (Bax “Təfsir Əs-Saadi”).