Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənilər Arazın suyunu kəsməyi planlaşdırır

Yanvar 02
21:07 2015

Ermənistan 2015-ci ildə Vedibasarda, Araz çayı üzərində yeni su anbarının tikintisi layihəsini başa çatdırmağa hazırlaşır.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, bu haqda Ermənistanın su təsərrüfatı üzrə Dövlət Komitəsinin aparat rəisi Mqer Mkrtumyan bildirib.

O deyib ki, Ararat vadisində inşa edilən su anbarı Araz çayının suyunun Azərbaycana axmasını xeyli ölçüdə azaldacaq.

Mkrtumyan “Gələn il layihə hazır olandan sonra biz tikinti üçün kredit danışıqlarına başlayacağıq, layihənin bir hissəsi qrant hesabına maliyyələşdiriləcək”- deyib.

Ermənistanın 2015-ci il üçün dövlət büdcəsində Vedibasar su anbarının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün xərclər nəzərdə tutulub.

Bu layihəni həyata keçirmək üçün Fransanın İnkişaf Agentliyindən kredit almaq planlaşdırılır.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)

Digər xəbərlər