Ermənilər daha bir azərbaycanlı uşağı yaralayıblar
Avqust 06
17:47
2014
892 dəfə baxılıb
APA-nın qərb bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb.
Ermənilərin açdığı atəş rayonun Mülkülü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Bundan başqa, uşaq sinəsində qəlpə yaraları da alıb.
S. İsmayılov Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.