Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənilər Gürcüstanda yaşayan azərbaycanlıları oğurlayıb öldürürlər

İyul 20
18:25 2015

Azərbaycanlıların kompakt yaşadığı Təzəkənd kəndi yaxınlığında Gürcüstanın 10 hektar ərazisini zəbt edən Ermənistan sərhəd məntəqəsinin əməkdaşları, əhalini qorxu altında saxlayırlar.

Ermənistan sərhəd məntəqəsinin əməkdaşları azərbaycanlıların kompakt yaşadığı Təzəkənd kəndi yaxınlığında Gürcüstanın 10 hektar ərazisini zəbt ediblər.

“Sələf Xəbər”in Sputnik.az-a istinadən verdiyi məlumata görə, yerli sakinlər belə addımların çoxdan başlandığını deyiblər: “Ermənistan hərbçiləri uzun müddətdir, Təzəkənd kəndinin Ermənistanla sərhəddə yerləşən torpaqlarını zəbt edir, yerli əhali həmin sahəyə keçən kimi saxlayır, hətta cinayət işi qaldırır, xətti keçən mal-qaranı aparır, sərhədə yaxın evlərin onların ərazisinə düşdüyünü iddia edirlər”.

Təzəkənd sakinləri bildiriblər ki, onların yaşadığı kəndin Ermənistanla sərhəd xətti tarixi xəritəyə görə, Muşul meşələrinin yaxınlığında olan dağların zirvəsindən keçib: “Ermənistan sərhədçiləri azərbaycanlıların yaşadığı sərhədyanı kəndlərin 500 metrliyində hərbi baza da tikərək hərbi maşın və əsgərləri oraya yerləşdiriblər. Sadaxlı, Təzəkənd, Xuldərə kənd sakinləri hər an təhlükə içində yaşayırlar. Meşəyə gedən mal-qaranı tutan erməni sərhədçiləri geri qaytarmırlar. Qaytarırlarsa da, bu, uzun müddətli şikayətlərdən sonra Gürcüstan hökumətinin əlaqədar təşkilatları sayəsində mümkün olur. Əhali qorxu içində yaşayır. Hətta olub ki, azərbaycanlıları oğurladıqdan sonra güllələyib, öldürüblər”.

Xatırladaq ki, Gürcüstan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məlum olmayan səbəblər üzündən keçirilmir. Yerli əhali Gürcüstanın rəsmi dairələrinə şikayət etsə də, hələlik nəticə yoxdur. Ermənistan sərhədçiləri isə sərhəd xəttini yavaş-yavaş Sadaxlı kəndinin ərazilərinə doğru “sürüşdürürlər”.

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər