Ermənilər Xocalıda uşaq bağçası açıblar
758 dəfə baxılıb
Mayın 20-də “Hayastan” ümumerməni fondunun əməkdaşları Dağlıq Qarabağ ərazisinə səfər ediblər.
“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, onlar dəhşətli qətliamın yaşandığı Xocalıda uşaq bağçasının açılış mərasimində iştirak ediblər. 420 kvadrat metr sahəyə malik bağça sentyabr ayında 70 uşağı qəbul edəcək.
Tikinti işləri “Hayastan” fondunun Kanadanın Toronto şəhərində yerləşən filialı tərəfindən maliyyələşdirilib. Filialın sədri Mkrtıç Mrktçyan uşaq bağçasının yanında Xocalı qəsəbəsinin icma mərkəzinin də tikildiyini xəbər verib. İkimərtəbəli icma mərkəzində qəsəbə nümayəndəliyi, kompyuter otağı, kitabxana, tibb otağı və akt zalı yerləşəcək.
Mkrtçyan bu addımla Qarabağ müharibəsi zamanı viran edilən Xocalıya “ikinci nəfəs” vermək istədiklərini deyib.
Azərbaycan torpaqlarının işğalında iştirak edən Xristofor İvanyanun şərəfinə “İvanyan” adı verilən Xocalıda hazırda 1400 nəfər gəlmə erməni yaşayır.
Erməni silahlı birləşmələri 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirib, daimi sakinləri tarixi dədə-baba torpaqlarından didərgin salıblar.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)
Uca Allahdan torpaqlarımızın geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!