Ermənilərdən növbəti fitnə – Azıx mağarasında qanunsuz tədqiqat işi aparırlar – FOTO
822 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında rəsmi Bakının icazəsi olmadan qanunsuz arxeoloji qazıntı işləri davam etdirilir.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, ermənilərə məxsus sosial şəbəkələrdə Azıx mağarasında aparılan qanunsuz ekspedisiya işlərini özündə əks etdirən ən yeni fotolar yerləşdirilib. Bu fotolardan məlum olur ki, əraziyə dəvət etdiyi beynəlxalq arxeoloqlar qrupunun köməyilə Azıx mağarasının altını üstünə çevirən Ermənistan rəhbərliyi növbəti fitnəkar əməllərə imza atmaqdadır.
Hazırda Azıx mağarasında qazıntı işlərini davam etdirən beynəlxalq arexeoloqlar qrupuna Ermənistan, İngiltərə, İrlandiya və İspaniya alimləri daxildir. Beynəlxalq tədqiqatçılar qrupuna İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan başçılıq edirlər.
Verilən məlumatlardan belə məlum olur ki, ermənilər Azıx mağarasındakı ekspedisiya işlərinə təkcə əcnəbi ailmləri cəlb etməyiblər, bura həm də xarici elm ocaqlarında təhsil alan aspirantlar, dissertantlar və eyni zamanda jurnalistlər dəvət olunublar.
Ekspedisiya qrupu Azıx mağarasındakı son qazıntılar nəticəsində dünya elminə gərəkli olan çoxlu qiymətli materiallar aşkar edib. Şübhəsiz ki, bu tapıntılar dünyaya erməni maddi tarixi-mədəniyyət nümunələri kimi təqdim ediləcək.
İşğal altındakı Fizuli şəhərindən 16 km aralıda yerləşən, Qururçay sahilindəki məşhur Azıx mağarası ibtidai insanların yaşayışını, məişətini və dünyagörüşünü tədqiq etmək baxımından həmişə alimlər üçün böyük maraq kəsb edib.
Hazırda Qarabğdakı separatçı rejimin nəzarəti altında olan Azıx mağarasında qanunsuz tədqiqat işləri 1999-cu ildən başlayaraq bu günümüzdə də davam etdirilir.
300-350 min il bundan əvvəl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir.
Azıx mağarasında çəkilmiş ən son fotoşəkilləri təqdim edirik:
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)