Ermənilərin Bakıda terror törətməsindən 22 il ötür
685 dəfə baxılıb
Bu gün Bakı metrosunda törədilən terrordan 22 il keçir.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, məhz bu partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. 1994-cü ildə 20 Yanvar metro stansiyasında törədilən partlayışda terrorçular saat mexanizmi ilə işləyən bombadan istifadə ediblər.
Partlayışdan sonra hüquq mühafizə orqanları genişmiqyaslı axtarışlar aparıblar. Nəticədə terroru SADVAL ləzgi separatçı təşkilatının həyata keçirdiyi bəlli olur. Bu işdə isə onlara dəstəyi Ermənistanın xüsusi xidmət orqanları göstəriblər. İstintaq nəticəsində, həmçinin partlayışdan öncə İrəvanda olan terrorçulara Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində xüsusi təlimlərin keçirildiyi də müəyyənləşib.
Maraqlı məqam orasındadır ki, terrorçuların planı tək bir stansiya ilə əlaqəli olmayıb. Partlayışlar 20 Yanvar metro stansiyası ilə yanaşı “Nizami” kinoteatrı, Respublika sarayı və Bakı Lampa Zavodunda da keçirilməli idi. 19 mart terroruna görə 11 nəfər həbs edilmiş, onlardan ikisi haqqında güllənmə qərarı çıxarılmışdı.
Lakin Bakı metrosunda terror bununla yekunlaşmayacaqdı. Bundan sonra Ermənistan xüsusi xidmət orqanları daha bir stansiyada partlayış həyata keçirəcəkdilər. Bu partlayış isə 28 May stansiyasında iyul ayında baş verəcəkdi və bizdən 13 insanımızın həyatını alacaqdı.
Qeyd edək ki, 19 mart partlayışında həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)