Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənilərin daha bir saxtakarlığı üzə çıxdı – FOTO

Yanvar 10
17:47 2015

Ermənilər uydurma “soyqırımı”nın təbliğində 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciənin fotoşəklindən istifadə edirlər.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, növbəti erməni saxtakarlığı üzə çıxarılıb. Belə ki, İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı olan “əl-İstiqamə” qəzetində dərc olunmuş məqalədə 20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr bundan əvvəl törədilmiş “erməni soyqırımı” qurbanları kimi təqdim olunub. Eyni fotoşəkil, həmçinin, uydurma “erməni genosidi”nin yüz illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə komitəsinin Facebook səhifəsində də yerləşdirilib.

Qeyd edək ki, bu fotoşəkil 1990-cı il yanvarın 20-də AzərTAc-ın fotomüxbiri Oqtay Məmmədov tərəfindən çəkilib və onun originalı agentliyin arxivində saxlanılır. Ermənilərin belə açıq-aşkar saxtakarlığa əl atması birinci dəfə deyil. Üzdəniraq erməni təbliğatçıları bundan əvvəl 1918-ci ildə Şamaxıda, Qubada azərbaycanlılara qarşı törədilmiş soyqırımların, 1992-ci il Xocalı qətliamının fotolarını qondarma “erməni genosidi”nin izləri kimi təqdim ediblər.

📷

20e645b66feda258e06c033eee0b0b6d

📷
53ac11e6b0fbc5ee279f07acfc04f6f8

 Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)

“Haqq – Allahın Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta, cınqırını belə çıxara bilmir.”

Digər xəbərlər