Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənilərin İslam dünyasına qarşı törətdiyi vəhşiliklər davam edir – FOTO

Aprel 07
19:38 2015

Ermənilərin tarixən Azərbaycana qarşı işğalçılıq və təcavüz siyasəti yalnız 10 minlərlə insanımızın qətli, itkin düşməşi, girov götürülməsi, əlil olması ilə deyil, eyni zamanda, ermənilərin mənəvi dəyərlərimizə qarşı vəhsilikləri ilə səciyyələnir.

Erməni qəsbkarları 20 ildən artıq müddətdə işğal altında saxladıqları Dağlıq Qarabağ və ətraf ərazilərimizdə mənəvi dəyərlərimizə də qarşı vəhşiliklər törətməkdə davam edirlər.

Azğınlaşmış ermənilər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər müvafiq beynəlxalq humanitar qərarların tamamilə ziddinə gedərək işğal olunmuş ərazilərdə yerləşən məscidləri dağıtmaqla, onları təhqiredici formada istifadə etməklə öz qeyri-insani mahiyyətlərini açıq-aydın ortaya qoyublar.

Məlumdur ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində 62 məscidi talan edib, 927 kitabxanada olan 4,6 milyon nüsxə kitabı, o cümlədən Qurani-Kərimi və nadir İslam əlyazmalarını yandırmaqla məhv ediblər. Bundan əlavə, çoxlu sayda tarixi, mədəni və İslam abidələri və nümunələri işğal olunmuş ərazilərdən Ermənistana aparılıb. Onların çoxu dünyada keçirilən hərraclar vasitəsilə satışa çıxarılıb.

Bir çox məscidlərimiz anbar kimi istifadə edilir, bir sıra məscidlərimizdə İslam aləmində haram sayılan donuz və digər heyvanlar saxlanılır.

Hər hansı bir utanc hissi keçirməyən Ermənistan ərəb dövlətlərində özünü İslam dünyasının dostu kimi təqdim edir və Ermənistan ilə ərəb-İslam dünyası arasında ənənəvi dostluqdan danışır. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistan ərazisində İslam mədəniyyət abidələrinə qarşı həyata keçirilən bu vəhşilik yalnız özünü İŞİD terror xəvaric qruplaşması kimi qələmə verən və muzeyləri, Babilistan sivilizasiyasına aid abidələri məhv edən terrorçu qrupların fəaliyyəti ilə müqayisə edilə bilər.

2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyası da Azərbaycanın işğal olunmuş ərazilərində İslam irsinə qarşı erməni vandalizimini təsdiq edib.

Ermənilərin bu vəhşiliyi təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, İslam dünyasına, ümumilikdə insanlığa qarşı törədilən bir vəhşilikdir. Lakin ermənilərin bu vəhşiliklərinə baxmayaraq, Azərbaycan beynəlxalq humanitar qanunlara sadiqlik nümayiş etdirərək hələ də düz Bakının mərkəzində erməni kilsəsinin indiyə qədər mövcud olmasına şərait yaradıb.

Burada təəssüf doğuran digər bir amil isə bəzi İslam ölkələrinin bu məsələdə sərgilədiyi mövqedir. Belə ki, ermənilərin İslam dünyasına qarşı törətdikləri vəhşiliklərə baxmayaraq, bəzi İslam ölkələri öz ərazilərində yeni erməni kilsələrinin tikintisinə icazə veriblər. Lakin həmin ölkələr ən azından ermənilərdən işğal olunmuş Azərbaycan ərazilərində dağıdılan məscidlərin və İslam abidələrinin bərpasını tələb edə bilərdi. Axı bu, təkcə Azərbaycana qarşı törədilən vəhşilik deyil!

Məscid İslam dininin ən müqəddəs atributlarından biridir. Ona görə də İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri elə İƏT-in Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət abidələrinin, o cümlədən məscidlərin məhv edilməsinə dair qətnamələrini əsas tutaraq, Ermənistanın ölkələrində akkreditə olunduqları səfirlərini Xarici İşlər Nazirliyinə çağırmalı və ölkələrinin etirazlarını bildirməlidirlər.

📷

karabakh__mosques_1 karabakh__mosques_2 karabakh__mosques_3 karabakh__mosques_4 karabakh__mosques_5 karabakh__mosques_6 karabakh__mosques_7

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər