Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənilərin Xocalı aeroportu ilə bağlı açıqlaması

İyun 05
12:55 2015

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın “mülki aviasiya idarəsi”nin qondarma rəisi Dmitri Adabaşyan xeyli müddətdir ki, gündəmdən uzaq düşən Xocalı aeroportu ilə bağlı yeni açıqlama verib.

“Sələf Xəbər” Modern.az-a istinadən xəbər verir ki, Adabaşyan aeroportun uçuş üçün icazə aldığını və yüngül aviasiyanın xeyli müddətir ki, uçuşlar həyata keçirdiyini bildirib. Bununla belə, qondarma qurumun nümayəndəsi “bəzi xarici faktorlar səbəbi ilə” Qarabağdan kənara – Ermənistana və xarici ölkələrə səfər edə bilmədiklərini deyib.

“Mən prinsipial olaraq siyasətlə məşğul olmuram. Bu məni maraqlandırmır. Amma məni çağırıb desələr, onda biz başlayacağıq, hazırıq”.

Dmitri Adabaşyan onu da qeyd edib ki, Xocalı aeroportundan havaya qalxan 1 motorlu təyyarələr yalnız turizm və kənd təsərrüfatı məqsədləri üçün qısa məsafələrdə istifadə olunur.

Ermənistan rəhbərliyi 2011-ci ilin yayından Xocalı aeroportundan uçuşların həyata keçirəcəyini bildirsə də, rəsmi Bakının kəskin etirazlarından sonra bu planlarını təxirə salmışdılar.

Sələf Xəbər: Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər