Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Erməninin “Yanan Bina” faciəsi barədə etirafları

May 22
13:56 2015

Masis Stepanyan: “Erməni olduğuma görə özümdən çox utanıram”.

“Bakıda mayın 19-da baş vermiş və 15 həyatı söndürmüş faciə erməni cəmiyyətinin ümidsiz durumunu ortaya çıxardı. Etiraf etmək qorxulu olsa da, ancaq son iki gündə mən erməni olduğuma görə çox utanıram”.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bunu Masis Stepanyan adlı erməni “Armenian Report” portalına göndərdiyi məktubunda bildirib.

“Bakıda yüksək mərtəbəli yaşayış binasında yanğın barədə KİV-ə ilk məlumat daxil olan kimi sosial şəbəkələrin erməni seqmentində anlaşılmaz vakxanaliya başladı. Yüzlərlə, minlərlə erməni sevinirdi ki, düşmən dövlətdə 16 mərtəbəli bina yanır. İlk qurbanlar barədə məlumat gələndə eyforiya başladı. Təsəvvür edin, eyforiya Bakıda insanların həlak olması, körpə uşaqların diri-diri yanması ilə bağlı idi! Bu günlərdə ermənilər azərbaycanlılara hansı lənətləri yağdırmadılar. “Sizə belə lazımdır, boğulun öz mazut sultanlığınızda!”, – deyə bəziləri yazırdı.

Başqaları kompyuter arxasında oturaraq “uzaqgörən” analizlər edirlər: “Nə qədər çox azərbaycanlı uşaq alovda yansa, Qarabağda bizim uşaqlara güllə atan əsgərlər daha az böyüyəcək”. Bu cür o qədər şərh vardı ki… Sizə mən nəyi subut edirəm? Öz tanışlarınızın, dostlarınızın, virtual frendlərinizin səhifəsini açın, ermənilərin Bakıda həlak olan insanların sayı barədə hər yeni xəbəri hansı sevinclə qarşıladığınızı görəcəksiniz”,- deyə Masis Stepanyan vurğulayıb.

Erməni oxucunun fikrincə, erməni cəmiyyəti üçün ən dəhşətli məsələ siyasətçilərin də sadə sosial şəbəkə istifadəçilərindən heç nə ilə fərqlənmirlər: “Heç bir erməni siyasətçinin – nə hakimiyyət yönümlü, nə də müxalifətçi siyasətçinin cürəti çatmadı ki, bizim xalqı ağıllı olmağa çağırsın”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)

“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər