Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənistan Qarabağ şərtini açıqlayıb

İyun 19
17:08 2015

“Başqa prinsiplər var ki, Qarabağ münaqişəsini yalnız ərazi bütövlüyü çərçivəsində həll etməyə imkan vermir”.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər nazirinin müavini Aşot Avokimyan NATO Parlament Assambleyasının İrəvanda keçirilən iclasında Çexiya palatasının deputatı Milan Sarapatkinin “Zaman Ermənistanın əleyhinə işləyir və erməni tərəfi strateji məqsədlər üçün işğal edilmiş əraziləri geri qaytarmağa hazırdırmı?” sualını cavablandırarkən bildirib.

“Biz münaqişənin sülh yolu ilə həll edilməsindən danışırıq. Ərazilərin qaytarılması – bu qarşılıqlı güzəşt deyil. Bu problemin birtərəfli həllidir. Əgər bu istiqamətdə davam etsək, biz problemin həllinə nail ola bilməyəcəyik”, – deyə erməni nazir müavini qeyd edib.

Ovakimyan bir daha vurğulayıb ki, Qarabağ probleminin həlli qarşılıqlı güzəştlər əsasında olmalıdır.

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)
Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər