Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ermənistan və ABŞ-ın erməni diasporunun yalanları üzə çıxdı

Fevral 19
14:20 2015

Qondarma rejimin “hökuməti”nin “Facebook” səhifəsinə verilmiş “verified” statusu “Facebook” şirkəti tərəfindən aradan qaldırılıb.

Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ-ın erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”nin facebook səhifəsinə verilmiş “verified” statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdur. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta, cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər