Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Əsgərlikdən gələn öz işinə qayıdacaq

Avqust 04
19:29 2014

Virtualaz Nazirlər Kabinetindən verilən məlumata əsasən yazır ki, Azərbaycan hökuməti ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək niyyətindədir.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə qeyd olunub ki, ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarət gücləndirilməlidir.

Hərbi xidmətdən qayıdan gənclərin peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olunmalıdır.

Digər xəbərlər