Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Əsgərlikdən qaçanlar ölkədən çıxa bilməyəcək

Fevral 15
17:41 2016

Çağırışdan qaçanlar haqda məlumatlar “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilir.

Müddətli həqiqi hərbi xidmətdə çağırışdan boyun qaçıran vətəndaşlar haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsinə başlanılıb.

“Sələf Xəbər” Anspress-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının dördüncü ili münasibətilə keçirilən mərasimdəki çıxışında xidmət rəisi, general-leytenant Arzu Rəhimov deyib.

A.Rəhimov bildirib ki, prezident İlham Əliyevin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamına və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin müddətli həqiqi hərbi xidmət keçən qulluqçularının komplektləşdirilməsi məqsədilə çağırış yaşına çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və təyin olunduqları hərbi hissələrə göndərilməsi ötən müddət ərzində tam təmin edilib.

Xidmət tərəfindən çağırış yaşı tamam olan gənclərin çağırışdan yayınmasının qarşısının alınması istiqamətində də zəruri işlər görülüb. Bundan başqa, çağırışdan yayınan şəxslər barədə materiallar toplanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah-Təala əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər