Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Əsl xurafat: Oyuncaqdan uşaq istəmək – VİDEO

Oktyabr 14
15:16 2014

Oxu.Az Baku WS-a istinadən sosial şəbəkələrdə getdikcə populyarlıq qazanan video barədə yazır.

Şəkidə fırıldaqçılar, gəlir əldə etmək üçün sadəlöhv insanları aldatmağın yeni üsulunu icad ediblər.

Bu videoda pir və bu pirə inananlar əks olunub. Görüntülərdən məlum olur ki, piri “sınaqdan keçirənlər”, övladı olmayanlara kiçik bir arkanın altından keçərək öz arzularına çata biləcəklərini vəd edir. Bu arkanın üzərində yerləşdirilən beşikdə isə Barbi gəlinciyi yatır.

Bu videonu diqqətinizə çatdırırıq.

 Sələf Xəbər: Allahın qədəri ilə övlad sahibi olmayanlar və onların psixoloji vəziyyətindən sui-istifadə edərək belə “çıxış yolu” təklif edənlər Allahın, Özündən qeyrisinə dua etməyi haram buyurduğunu yəqin ki, unudublar.

Uca Allah buyurur: “Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan.” (Qurani Kərim, “Yunus” surəsi, 106-cı ayə).

Başqa bir ayədə Uca Allah buyurur: “Ondan (Allahdan) savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”. (Qurani Kərim, “Əraf” surəsi, 197-ci ayə).

“Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir.” (Qurani Kərim, “Şura” surəsi, 49-50-ci ayələr).

Digər xəbərlər