Ev tikmək istəyənlərin nəzərinə
1. 765 dəfə baxılıb
Öz evini sökmək, təmir etmək istəyirsən, ancaq istəmədən qonşunun evinə də ziyan verirsən. Çünki Bakıdakı əksər həyət evləri bir-birinə çox bitişik tikilib.
Selefxeber.az-ın “Fins.az”a istinadən xəbərinə görə, xoşagəlməz hadisə baş verəndə hər 2 mənzilə də ziyan dəyir. Üstəlik, normalara uyğun tikilməyən belə evlərin sonradan sәnәdlәşdirilmәsi də mümkün deyil.
Əksər vətəndaşlar elə bu insanlar kimi həyət evləri tikərkən qonşunun evi ilə onun mənzilinin arasında nə qədər məsafənin saxlanılmasını bilmirlər.
Elə paytaxtda iç-içə tikilən həyət evləri də bu vəziyyəti sübut etməyə kifayət edir.
Məsələn, 10 metrə yaxın hündürlüyü olan bu həyət evləri az qala bitişik tikilib. Yanaşı tikilən bu evlərin birində baş verən hər hansı bir xoşagəlməz hadisə digər evin də ziyan görməsi deməkdir.
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir ki, qanunvericilikdə həyət evlərinin hansı standartlar əsasında tikilməsi aydın şəkildə göstərilir. Bu tələblərin birinin pozulması ağır nəticələr törədə bilər.
Ekspertin sözlərinə görə, normalara əsasən həyət evi ilə sərhəd xəttinin arasındakı məsafə tikilən evin hündürlüyünün üçdə biri qədər olmalıdır.
N.İbrahimov bildirir ki, gələcəkdə bənzər xoşagəlməz halların və anlaşılmazlıqların yaşanmaması üçün mütləq vətəndaşlar bu normalara əməl etməlidir:
“Mütləq mənzil tikməzdən əvvəl onun layihəsini və vacib bir sıra sәnәdlәri müvafiq İcra Hakimiyyətinin şəhərsalma və tikinti şöbəsinə təqdim etmək lazımdır.
Çünki normalara uyğun tikilməyən mənzillərin sonradan sənədləşdirilməsi mövcud qanunvericiliyə görə mümkün deyil”, – deyə o qeyd edib.