Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fazil Mustafa: “Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır”

Yanvar 08
18:22 2015

“Sələf Xəbər” Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin üzvü Fazil Mustafa YUKOS şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskinin son çağırışına münasibət bildirib. Bu barədə deputat Facebook-da yazıb:

“Rusiya Prezidentinin bir sıra addımlarını qınasaq da, bəzi addımlarına haqq qazandırmamaq olmur. “ЮКОС” neft şirkətinin eks sahibi Mixail Xodorkovski kimi anormal düşüncə sahibini deyəsən, haqlı olaraq uzun müddət həbsxana divarları arasında saxlayıb. Son illərdə bu qədər təxribatçı və ağıldankənar təklifə bəlkə də rast gəlməmişəm. Adam bütün müsəlmanları qıcılandıracaq, daha geniş miqyasda təxribatın baş verməsinə səbəb olacaq bir təklif irəli sürüb. Özünün Twitter səhifəsində bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) qarşı karikaturalar yaymağa çağırıb.

Təbii ki, Parisdə baş verən terrora ağlı başında olan insanların münasibəti birmənalıdır və bunun hər şeydən əvvəl müsəlmanlara qarşı düşünülmüş bir hərəkət olduğu kimsədə şübhə doğurmur. Hətta, terrorçular müsəlman olsalar belə, bu vəhşiliyin bədəlini Avropada yaşayan müsəlmanlara ödətmək məqsədilə bu addımı atdıqları ehtimal olunur. Buyurub Fransanın çevik polis sistemi terrorçuları ələ keçirsin və ən ağır cəzaya məhkum etsinlər. Bunun qisasının Məhəmməd Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) almaq bu axmağın ağlına, görəsən, haradan gəlib?! Peyğəmbərin karikaturasını çəkməklə hansısa xəstə təxəyyüllü insan həzz alırsa, bunları heç ciddiyə almağa da gərək yoxdur.

İslam Peyğəmbərini (Allahın ona salavat və salamı olsun) Məkkədə, Taifdə daşqalaq edirdilər, üzünü qanadırdılar, ələ salıb təhqir edirdilər, sonu nə oldu, onun ideyasına, vizyonuna əngəl ola bildilərmi? Endirilmiş dinə bağlı olan müsəlmanlar, heç şübhəsiz, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) qarşı təhqirlərə onun özünün göstərdiyi səbrli davranışı göstərərdilər, buna terrorla cavab verməzdilər.

Ancaq son olaraq onu deyə bilərəm ki, Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır”.
Xatırladaq ki, YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski təxribatçı bəyanatla çıxış edib. O, özünün Twitter səhifəsində KİV-i Məhəmməd Peyğəmbərin karikaturalarını dərc etməyə çağırıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.” (Qurani-kərim, “Ali İmran” surəsi, 186-cı ayə)

Digər xəbərlər