“Feysbuk” Azərbaycanın etirazına cavab verdi
1. 204 dəfə baxılıb
Qondarma Dağlıq Qarabağ Respublikasının bir müddət əvvəl rəsmən təsdiq olunan “Feysbuk” səhifəsi ilə bağlı şirkət tərəfindən yeni addım atılıb.
“Sələf Xəbər”in Axar.az-a istinadən məlumatına görə, 25 mindən çox istifadəçisi olan səhifədə qondarma rejimin binası və bayrağı əks olunub.
Ötən həftə gündəmə gələn bu məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölçü götürüləcəyi və rejimin səhifəsinin təsdiqlənməsinin doğru bir addım olmaması barədə şirkətə müraciət və şikayətlərin ediləcəyi bildirilmişdi.
Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin də şikayət etməsi ilə “Feysbuk” idarəçiləri məsələni araşdırdıqdan sonra səhifənin təsdiq edilməsini geri götürüblər.
Qeyd edək ki, “Feysbuk”da hər hansı bir səhifə ilə bağlı kütləvi şikayətlər edildikdə, baş ofis səhifənin aid olduğu həmin şəxs və ya hökuməti araşdırır, daha sonra yekun qərarını verir.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, ona onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta, cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)