Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

FHN balıqçıları xilas etdi

İyul 08
10:27 2014

az.azvision.az-ın məlumat verdiyinə görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri 2 balıqçını xilas edib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumatda bildirilir ki, Qaradağ rayonu ərazisində, Xəzər dənizində 2 nəfər balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış və mühərrikin xarab olması səbəbindən suda batmaq təhlükəsi ilə üzləşiblər.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşlar dalğıc-xilasediciləri tərəfindən xilas olunub, qayıq yedəyə alınaraq sahilə gətirilib. Əməliyyat saat 10:02-də başa çatıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Dağların saldığı) kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. (Allah) onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri (küfrlə iman arasında) orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.” (Müqəddəs Quran, “Loğman” surəsi, 32-ci ayə).

“Uca Allah gəmidə olan insanların dalğalar onların üstünü qara buludlar kimi örtəndə özlərini necə apardıqları haqqında xəbər verir. Həmin anda onlar Allaha səmimiyyətlə dua edirlər. Lakin O (Pak və Müqəddəs), onları sağ-salamat sahilə çıxartdıqdan sonra, onlar iki qrupa bölünürlər. Onların bir hissəsi elə oradaca Ona layiqincə şükür etməyi yaddan çıxarır, günah işlətməyə başlayaraq, özü özünə zərər vurur. Digərləri isə, ümu­miyyətlə Onun mərhəmətini inkar edir və kafirliyi üstün tuturlar. Onlar Onun ayələrini rədd edirlər, çünki xain və nankordurlar. Əvvəlcə onlar deyirdilər ki, onları həlakdan xilas etsə, mütləq Ona min­nətdarlıq edəcəklər. Lakin artıq indi onlar öz andlarını və vədlərini pozurlar və nazil edilmiş nemətə görə təşəkkür etmək istəmirlər. Axı Qüdrətli Allah onları labüd ölümdən xilas etmişdir və təkcə bu, onları Ona layiqincə şükür etməyə məcbur etməliydi.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər