Gələn ildən pasport və şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar tətbiq olunacaq – SİYAHI
2. 237 dəfə baxılıb
Prezident İlham Əliyev (Allah onu qorusun) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
Selefxeber.az “Report”a istinadən xəbər verir ki, qanuna 14.1-1-ci maddə əlavə edilib:
14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: | |
14.1-1.1. on iş günü müddətində verildikdə | |
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün | 20 manat |
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 30 manat |
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 40 manat |
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 50 manat |
14.1-1.2. beş iş günü müddətində verildikdə | |
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün | 30 manat |
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 50 manat |
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 70 manat |
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 90 manat |
14.1-1.3. bir iş günü müddətində verildikdə | |
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün | 50 manat |
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 90 manat |
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 130 manat |
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 170 manat |
1.3. Aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:
14.3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: | |
14.3-1.1. on iş günü müddətində verildikdə | 15 manat |
14.3-1.2. üç iş günü müddətində verildikdə | 35 manat |
14.3-1.3. bir iş günü müddətində verildikdə | 45 manat |
Bundan başqa, qanuna aşağıdakı məzmunda 33-3 və 33-4-cü maddələr əlavə edilib:
“Maddə 33-3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə: | |
33-3.1.1. üç iş günü müddətində verildikdə | 20 manat |
33-3.1.2. beş iş günü müddətində verildikdə | 10 manat |
33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə | |
33-3.2.1. üç iş günü müddətində verildikdə | 10 manat |
33-3.2.2. beş iş günü müddətində verildikdə | 5 manat |
Sənədə əsasən, qüvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.’’.
Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.