Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Gəncədə məsciddə yanğın olub

İyul 09
10:25 2014

525.az APA istinadən xəbər verir ki, Gəncə şəhərindəki “Qazaxlar” məscidində yanğın baş verib.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Təbriz küçəsində yerləşən “Qazaxlar” məscidində olan meyit yuyulan yerdə yanğın baş verib. Dərhal əraziyə 4 yanğın söndürən avtomobil cəlb edilib.

4 kvadrat metr çardaq hissə yansa da, alovun yayılmasının qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, bəlli deyil. Araşdırma aparılır.

“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.”

(Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə)

Digər xəbərlər