Gəncədə qumbara partladılması nəticəsində ölən və yaralananlar var
761 dəfə baxılıb
Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən insident baş verib.
Əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Elbrus Allahverdiyev küçəsində (Abbas Səhhət yaşayış massivi) yerləşən çayxanada şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər. M. Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, hadisə mübahisə zəmində baş verib. Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Gəncədə baş verən hadisə ilə bağlı iki maddə ilə cinayət işi başlanıb.
Məlumatda qeyd olunur ki, faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, satma, başqasına vermə və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sələf Xəbər: Uca Allah yolkəsən quldurları Allaha və Onun Peyğəmbərinə qarşı savaşanlar və yer üzündə fəsad törədənlər adlandırmışdır. Belələrinin cəzasını bu ayələrdə təyin etmiş və buyurmuşdur:
“Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir. Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!” (Qurani-Kərim, “əl-Maidə” surəsi, 33,34-cü ayələr)Soyğunçuluq və quldurluq cəmiyyətə qarşı ən təhlükəli cinayətdir. Gizli halda başqasının malını mənimsəmək oğurluq etmək səviyyəsindədir. Zinakarlığın da cəzası təyin edilmişdir. Qətlin cəzası da müəyyən edilmiş və bu məsələdə bağışlamaq qapısı da açılmışdır. Əgər cinayətkar zorla insanların malını mənimsəyir, yaxud quldurluq edərək yol kəsir, qarşısına çıxanı öldürür, insanları silah gücü ilə vahiməyə salırsa, yer üzündə fitnə-fəsad törədirsə, beləsinin cinayəti və cəzası da digər cinayətlərdən daha şiddətlidir. Ona görə də beləsinin cəzasının daha da şiddətli və qorxuducu olması hikmətə uyğundur.
Həmçinin soyğunçuluq hadisələrinin müxtəlif hallarda və formalarda baş verməsi ilə əlaqədar olaraq şəriət bu cinayət üçün dörd növ cəza tədbiri təyin etmiş və bu cəzaların tətbiqini hakimin və ya onun köməkçisinin öhdəsinə buraxmışdır. Belə halda onun cəzası etdiyi cinayətinin miqdarında, ədalətli və qorxuducu olur. Bu cəza nəticəsində cinayətlər azalır, günahkarlar cəzalandırılır, cəmiyyətdə gözəl və əmin-amanlıq şəraitində yaşayırlar.