Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Gömrük rüsumlarında dəyişiklik edilir

Fevral 08
16:20 2016

Məqsəd daxili istehsalı gücləndirmək və Azərbaycan məhsullarının bazarda öz yerini tutmasına nail olmaqdır.

Azərbaycanın istehsal etdiyi, ancaq eyni zamanda ölkəyə xaricdən də daxil olan məhsulların gömrük rüsumu artırılacaq. Məqsəd daxili istehsalı gücləndirmək və Azərbaycan məhsullarının bazarda öz yerini tutmasına nail olmaqdır.

Azərbaycanın daxilində istehsal olunan məhsullara rəqib olan xarici məhsulların ölkəyə daxil olmasına qarşı ciddi tədbirlər həyata keçiriləcək. Bununla bağlı hazırlanan “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsində Azərbaycanda olduğu halda xaricdən gətirilən məhsulların gömrük rüsumu qiymətlərinin yüksəldilməsi nəzərdə tutulur.

“Sələf Xəbər” Xəzər Xəbərə istinadən bildirir ki, mütəxəssislər bu qanunun qəbulu ilə yerli istehsalın daha da güclənəcəyini və qısa zamanda Azərbaycan bazarını tam ələ alacağını düşünürlər. Əgər xaricdən gətirilən məhsul haqqında istehsalçı təfsilatlı məlumat verməzsə onda həmin məhsullara qarşı ən yüksək antidempinq rüsumu tətbiq ediləcək.

Ekspertlərin fikrincə, qanun layihəsi daha çox xaricdən gətirilən qida məhsullarını əhatə edəcək. Müvəqqəti antidempinq tədbirlərinin müddəti isə maksimum 4-6 ay müəyyən edilib. Yeni qanun layihəsi fevralın 12-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə)
“Uca Allah Öz mömin qullarına bir-birinin əmlakını qanunsuz yolla yeməyi qadağan etmişdir. Bu qadağa başqasının mülkiyyətini güc tətbiq etməklə, oğurlamaqla, qumarda udmaqla və digər alçaq qazanc vasitələri ilə mənimsəməyə aid edilir. Bundan başqa, qadağa həm də təkəbbürlüyündən öz mülkiyyətini israfçılıqla xərcləyənlərə də şamildir, çünki bu ədalətsiz və günahkar əməldir.
Allah-Təala qanunsuz yolla özgəsinin mülkiyyətini əldə etməyə və xərcləməyə qadağa qoyduqdan sonra, öz əmlakını ticarət etmək və digər icazə verilmiş qazanc növləri vasitəsilə çoxaltmağa icazə vermişdir. Bu vasitələr ancaq müəyyən şərtlər çərçivəsində, razılıq verilmiş sayılır; şərtlərdən biri də tərəflərin qarşılıqlı razılığıdır.
Qanunsuz yolla əmlak əldə etmənin, özünə və bu mülkü alan şəxslərə zərər vurulmasının qadağan edilməsindən sonra, Uca Allah insanlara yaşamaq üçün ticarətlə, peşələrlə, günəmuzd işlə və insanlara fayda gətirən digər fəaliyyət növləri ilə məşğul olmaqla qazanc əldə etməyə icazə verir.
Uca Allah ticarət əqdləri bağlamağa ancaq tərəflərin qarşılıqlı razılığı ilə icazə verərək qeyd edir ki, əqd bağlanarkən sələmçiliyə əsaslanılmamalıdır. Sələmçilik və müamilənin ticarətlə əlaqəsi yoxdur, çünki belə əqdlər tamamilə başqa niyyətlərlə bağlanılır”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər