Hamilə qadınların vahid elektron registri yaradılacaq
1. 073 dəfə baxılıb
“Ana və uşaqların sağlamlığının qorunması sahəsində kadr hazırlığı təkmilləşdiriləcək”.
bizimxeber.az saytının verdiyi məlumata əsasən, Azərbaycanda hamilə qadınların vahid elektron registri yaradılacaq. Eyni zamanda reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması nəzərdə tutulur.
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən verilən məlumata görə, bu tədbirlər prezident İlham Əliyevin sərəncamı ilə yeni təsdiqlənmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Proqramda qeyd edilib ki, son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilib.
Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılıb, müasir avadanlıqlarla təchiz edilib.
Bununla belə, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər hələ də qalmaqdadır.
“Proqrama əsasən, doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazası gücləndiriləcək. Həmçinin yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədi ilə neonatal müayinələr (skrininqlər) aparılacaq. Ana və uşaqların sağlamlığının qorunması sahəsində kadr hazırlığı təkmilləşdiriləcək”, – məlumatda deyilir.
Sələf Xəbər: Bilmək lazımdır ki, xalqın çoxsaylı olması – onun gücüdür. Buna görə Şueyb peyğəmbər (ona salam olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı.” (Müqəddəs Quran, “Əraf” surəsi, 86-cı ayə). Bununla əlaqədar olaraq, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanları çoxuşaqlı ailələr qurmağa həvəsləndirirdi: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud).
Xalqın çoxluğu həmçinin Uca Allahın bizə verdiyi nemətlərdən biridir. Buna görə, Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətləri sadalayaraq buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.” (Müqəddəs Quran, “İsra” surəsi, 6-cı ayə).