Həcc ziyarətində daha bir azərbaycanlı dünyasını dəyişdi – VİDEO
755 dəfə baxılıb
Həcc ziyarətində daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Onun sözlərinə görə, zəvvar Kəklik Aslanova günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sentyabrın 24-də digər azərbaycanlı zəvvar, 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişmişdi. Onun ürək tutmasından öldüyü bildirilirdi.
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)