Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Həcc ziyarətində olan zəvvarlarımız Vətənə dönür

Sentyabr 19
16:26 2016

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların ilk qrupu bu gün geri dönür.

Selefxeber.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasından APA-ya verilən məlumata görə, zəvvarları gətirəcək ilk təyyarə reysi bu gün günorta saatlarında Mədinədən havaya qalxacaq.

Bu gün zəvvarları gətirəcək daha bir təyyarə reysinin yerinə yetirilməsi nəzərdə tutulub. Digər reyslər isə sabah və növbəti günə planlaşdırılır.

Qeyd edək ki, bu il sentyabrın 2-dən azərbaycanlı zəvvarların Həccə səfəri başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gediblər. Bu il Azərbaycandan gedən zəvvarlar üçün say limiti ötənilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb.

Digər xəbərlər