Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Həcc ziyarətinə gedənlər üçün sənəd qəbulu başlayır

Fevral 11
21:15 2015

Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınmanın vaxtı açıqlanıb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, sənəd qəbuluna fevralın 20-dən start veriləcək.

Sənəd qəbulu may ayının sonlarına kimi davam edəcək.
Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə foto və sağlamlıq haqqında arayış tələb olunur.

Həcc ziyarətinin proqramı və qiymətlərin müəyyən edilməsi üçün QMİ-nin əməkdaşları hazırda Səudiyyə Ərəbistanındadır.
Ziyarətlə bağlı Azərbaycan üçün kvota da müəyyənləşəcəkdir. Bildirilib ki, builki qiymətlərin əvvəlki illərə nisbətən baha olacağı gözlənilir.

Bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur. Sənəd qəbulu yalnız QMİ tərəfindən aparılır.

 Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)

Digər xəbərlər