Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Həcc ziyarətinə yazıldıqdan sonra imtina edənlərə xəbərdarlıq

Aprel 27
16:33 2016

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarətdən imtina ilə bağlı yazılı xəbərdarlıq edib və şərtlərini açıqlayıb.

“Sələf Xəbər” Aznews.az-a istinadən bildirir ki, QMİ-dən verilən məlumata görə, idarədə qeydiyyatdan keçən zəvvarlardan ziyarət gününə 30 gündən az qalmış səfərdən imtina etdiyi halda ödədiyi vəsait geri qaytarılmayacaq. Zəvvar səfərdən 30 gün öncə imtina edərsə, bu vəsaitin 25 faizini ala biləcək. 60 gün öncə imtina edəcəyi təqdirdə ödədiyi pulun 50 faizi, 90 gün öncə imtina edərsə, məbləğin hamısı qaytarılacaq. Bu şərtlər r QMİ-nin səfər qeydiyyatı zamanı zəvvara təqdim etdiyi müqavilənin 5-ci bəndində qeyd olunub.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.

Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)

Uca Allah, həmçinin buyurur: “Allah üçün Həcc və Ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Digər xəbərlər