Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Həccdə dünyasını dəyişən zəvvarlara görə kompensasiya ödəniləcək

Aprel 15
17:07 2016

Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvarlara görə kompensasiya ödənəcək.

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlardan ziyarətdə dünyasını dəyişənlərin ailələrinə və ya ağır xəsarət alanlara kompensasiya ödənəcək.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, kompensasiyalar zəvvarların seçdikləri ziyarət xidməti növlərinə görə 5 və 6 min manata qədərdir.

Zəvvarlardan VİP ziyarət növünü seçənlər üçün 6 min, nisbətən ucuz ziyarət növünü seçənlər üçün isə 5 min manat nəzərdə tutulub. Bundan başqa, ağır xəsarət alanlara müvafiq olaraq müalicənin xərcinə görə kompensasiya veriləcək. Bu, sənədlərin qəbulu zamanı zəvvarla bağlanan müqavilədə əksini tapır.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə bu ilki ziyarət xərcləri ötən il ilə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.

Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)

Uca Allah buyurur: “Allah üçün Həcc və Ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Digər xəbərlər